Nazir: "Ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir"

"Həyata keçirilən işlərin nəticəsini bəlkə də 10 ildən sonra görə bilirik. Misal olaraq, 10 ildir ölkənin təhsil sistemində bir çox dəyişiklik və islahatlar aparılır".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev V iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransında çıxışında deyib.

Nazirin sözlərinə görə, bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir.