Bakı Dövlət Universitetinin “Məzun günü” keçirilir

Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” keçirilir.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbir Dövlət Himnin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"Məzun günü"ndə gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev və bir sıra rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetini 5 000 mindən çox tələbə bitirir.