Hava şəraiti ilə bağlı məktəblərdə ÇƏTİNLİK... - Nə etməli?
Yusif Nəzərli
10:12 09.02.2023
Elm və Təhsil
940
Bütün məktəblər üçün Nazirlər Kabinetinin vahid qərarı olmalıdır
Hava şəraitinin kəskin soyuması, paytaxt da daxil, regionlarda qar və sulu qar yağacağı xəbərdarlığı orta məktəblərdə davamiyyəti aşağı salıb. Şagirdlər dərsə gələ bilmir. Səbəblər, demək olar ki, məlumdur. Regionlarda, kəndlərdə yolların keçilməzliyi paytaxtla eyni vəziyyətdədir. Qarlı havada paytaxt məktəbliləri (böyüklər də həmçinin) nəqliyyatın və yolların iflic duruma düşməsi səbəbindən dərsə gedə bilmir, o ki ola kənd şagirdləri.
Harda ki, məktəb yaxınlıqda yerləşir, yenə bir təhər piyada yola düşüb getmək mümkün olur. Amma məktəb yaşayış məskənlərindən məsafəcə uzaqdadırsa, vəziyyət bəllidir: sinif otaqları boş qalacaq. Elə bir durum artıq hamıya – Təhsil Nazirliyinə də, məktəb rəhbərlərinə də məlumdur.
Lakin yenə də məktəbliləri “vezdexod” (hər hansı şəraitdə yola davam edən buzqıran) gözündə görənlər tapılır və “davamiyyət qaydasındadır” deyib, məktəbdə guya ki sinif otaqlarının şagidlərlə dolub-daşdığına inandırmağa çalışırlar. Qarlı hava bir yana, son zamanlar tüğyan edən qrip virusu da nə şagirdlərə, nə də müəllimlərə göz açmağa imkan vermir. Fevralın 8-nə qarlı havanın proqnoz edilməsini nəzərə alsaq, şagirdlərə dərsə gəlməmək güzəşti edilə bilməzmi? Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu məsələ Nazirlər Kabinetinin qərarına bağlıdır:
- Hesab edirəm ki, bütün məktəblər üçün Nazirlər Kabinetinin vahid qərarı olmalıdır. Düzdür, hava şəraiti ilə bağlı çətinliklər olacaq. Ancaq yenə də vəziyyət hava şəraitindən asılıdır. Regionda, xüsusən ucqar dağ ərazilərində bu yəqin ki, problemə gətirib çıxaracaq. Amma düşünmürəm ki, hava şəraiti səbəbindən ümumi şəkildə bütün məktəblər müvəqqəti bağlansın, yaxud tədris təxirə salınsın. Hava şəraiti uzun müddət əlverişsiz olarsa, bu halda rəsmi qurumlar bu barədə fikirləşməli olacaq. Ancaq hələlik məktəblərin bağlanmasının gündəmdə olacağını düşünmürəm. Hava şəraiti ilə bağlı dərsə gələ bilməyən şagirdlərə isə əlbəttə güzəşt edilməlidir. Elə ərazilər var ki, məktəbə gedib-gəlmək həqiqətən çətindir. Bunu məktəb rəhbərləri də bilir. Uşaqların təhlükəsizliyi, sağlamlığı əsasdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya