Türkiyədə yaşayan aktrisa Rəmişdən yazdı:"...Yetişə bilmədim"

Dünən sənət dünyasına ağır itki üz verib. Bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov ( Rəmiş) vəfat edib. Bu acı xəbər incəsənət aləmini yasa boğub.
“Sherg.az” xəbər verir ki, sənətkarın ölümü Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanı da dərindən sarsıdıb. O mərhumun fotosunu paylaşaraq bunları yazıb:



“Sizi heç vaxt unutmayacam, böyük sənətkar. Musiqi sənətinə, qəlblərə adınızı qızıl hərflərlə yazdırdınız. Bakıya gələndə sizi ziyarət edəcəkdim. Heyf, yetişə bilmədim. Yaxşı ki, verlişimizə qonaq olarkən sizi daha yaxından tanıdım. Xoş söhbətiniz, zarafatlarınızı yaddan çıxarmayacam”