“Şərq TV"nin əli yüngül imiş": Səhiyyə naziri işdən qovuldu- VİDEO

“Şərq Tv-nin əli yüngül imiş”. “Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı-alim Nazim Baydəmirli sosial şəbəkə profolində yazıb. 

İqtisadçı yazıb ki, dövlət səhiyyə sistemini kökündən tənqid etməyə şərait yaratdı: 

“Zəlzələdən-vəlvələdən səhiyyə nazirini işdən azad etdilər. Bu gün “Şərq Tv”də səhiyyə sistemindəki rüşvətin, korrupsiya sxemlərinin anatomiyasını açmışdım. Verilişi izləməyənlər baxsınlar”. 

Qeyd edək ki, iqtisadçı Nazim Baydəmirli bugün “Şərq TV-nin qonağı olub. Proqramda “ağ xalatlıların” həbsindən danışan iqtisadçı-ekspert səhiyyə sisteminin düzgün idarə olunmamasından, tibb sahəsindəki korrupsiyanın səbəblərindən ətraflı danışıb.