"Fürsətdir, pandemiya bitməmiş qanunla toy və yas mərasimlərini tənzimləməliyik" - Millət vəkili 

“Açıq havada toylara icazə verilməlidir, havalar isinməyə başlayır". 

“Sherg.az” xəbər verir ki, bu təkliflə millət vəkili Razi Nurullayev çıxış edib. 

Deputat bildirib ki, toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir: 

“Bu “Mədəniyyət haqqında” qanunla tənzimlənə bilər. Yas mərasimlərində daim ciddi israfçılıq olur. Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməməlidir. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.