Zəfər Gününün Şuşada atəşfəşanlıqla qeyd olunması tarixi hadisədir  - Akif Nağı 

“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə igid Azərbaycan əsgəri və zabitləri böyük şücaət göstərərək qəhrəmanlıq salnaməsi yazdılar, canları və qanları bahasına otuz illik yurd həsrətinə son qoydular”. 
Bu fikirləri Sherg.az-a qçıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, Zəfər Gününün Şuşada atəşfəşanlıqla qeyd olunması tarixi hadisədir: “Bununla da, Azərbaycan bir daha bütün dünyaya öz gücünü bəyan elədi. Bununla da,Azərbaycan xalqı və dövləti öz mərdliyini dünyaya nümayiş etdirdi. Qarabağda, xüsusən də Şuşadakı atəşfəşanlıq Azərbaycanın iqtisadi, hərbi gücünün göstəricisi idi. İnşallah, bu cür atəşfəşanlıq illər boyu davam edəcək”.