"Əgər terrorçu Ermənistana təhvil veriləcəksə..." - ŞƏRH

"Erməni qanunsuz silahli birləşmələrinin üzvünün hərbi postumuza qumbara atması onu göstərir ki, bu kimi hallar davam edə bilər".

Bu barədə "Sherg.az"a  politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert qeyd edib ki,  erməni terrorçularına qarşı hərbi əməliyyatlar aparılmalı, konkret olaraq onların ləğvini  Moskvadan tələb etməliyik:

"Həmin terrorçu Azərbaycana təhvil verilməlidir. Hadisə Azerbaycan ərazisində olub. Baş verənlər ermənilərin öz əleyhinə işləyir. Azərbaycanın əlini və mövqeyini gücləndirir. Qoy, belə axmaq hərəkətlər etsinlər, Qarabağdan sıxışdırıb  qovaq. Əgər, terrorçu Ermənistana təhvil veriləcəksə, bir neçə gündən sonra Qarabağa qayıdacaq. O, terrorçu ermənilər arasında "qəhrəman" hesab edilir.  Azərbaycan hərbiçiləri yerində həmin terrorçunu və  avtomobili silahla məhv etməli idi...".