"Respublikamızın Xalq artisti Ramiz Novruzla birgə bir serialda rol almaq fürsətim olduğu üçün çox xoşbəxtəm".
"Sherg.az" xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova "Xəbər-ətər" verilişində Ramiz Novruzun ölümündən danışarkən bildirib. O vurğulayıb ki, Əməkdar artistimiz xəstəlikdən əziyyət çəkirdi:
"Çox istəyirdim ki, Ramiz müəllim "Sözbaz"ın "Özəl adam" bölümünə çəkilsin. Xətrimi nə qədər çox istədiyini də, təklifimi geri çevirməyəcəyini də bilirdim. Əlaqə saxlayanda narahat olduğunu söylədi. Özünə gələn kimi, ilk növbədə, "Sözbaz"a çıxacağını deyərək, söz verdi. İndiyə qədər bütün sözlərinin üstündə durmağı bacarsa da, təəssüf ki, bu sözünün önünü ölüm kəsdi. Yeri behişt olsun! Heç zaman unuda bilməyəcəyimiz bir sima, aktyor, dəyərli insan, yaxşı müəllim, ailə başçısı, ata, baba, həyat yoldaşı idi. Həmişə ailəsi, övladları, həyat yoldaşı ilə qürur duydu. Gülərüz, mehriban və hər bir vətəndaş kimi sadəliyini qoruyub, saxlamağı bacardı. Elə bu insani keyfiyyətlərinə görə də onu sevdik, sevirik və sevəcəyik".