Deputatdan Nuraya sərrast CAVAB: “O xanım məni tanımırsa, deməli... »

Millət vəkili Elman Nəsirov onu tanımadığını deyən müğənni Nura Suriyə cavab verib.
Bu barədə deputat “Sherg.az”a danışıb.
O bildirib ki, bu məsələ haqqında çox danışmaq istəmir:
“Bu mövzu ilə bağlı danışmağa sözüm yoxdur.  Mən Sinan Oğanla bağlı açıqlama vermişdim. Ona görə bu məsələyə qayıtmağıma ehtiyac duymuram. Mən də Sinanla bağlı fikir bildirmək istəyirəm. Siz də yapışmısız bu müğənni belə dedi və sairə. O xanım məni tanımırsa, deməli siyasətdən çox uzaqdır. Mən Sinan Oğana görə müsahibə vermişəm. Başqa heç bir niyyətim və məqsədim olmayıb”.
Qeyd edək ki, millət vəkili ifaçının sosial şəbəkə üzərindən Sinan Oğana evlilik təklifi etməyinə irad bildirib. Nura Suri isə deputatı tanımadığını deyib, “Milli Məclisdə xalqın sözünü desinlər tanıyaq onlar” ifadələrini səsləndirib.