Rəqsanə sirləri açdı:“Eşqin Aysunu döyüb, söyüb”

Müğənni Rəqsanə İsmayılova ilk dəfə qızı Aysun İsmayılovanın boşanması haqda danışıb. 
“Sherg.az” xəbər verir ki, bununla bağlı o, TikTok-da canlı yayım zamanı açıqlama verib. Rəqsanə qızının Eşqin Cəlilov tərəfindən fiziki zorakılığa məruz qaldığını bidirib:
“İndi Aysun da çıxsın Eşqin haqqında danışsın. Deyəcəklər ki, əvvəllər niyə danışmırdın. Bizim millətdə bu xarakter var. Aysuna əl qaldırılıb, söyüşlər söyülüb. Onun yaşadıqlarını kimsə yaşaya bilməzdi. Yenə Aysun susub, dözüb, ailəsini tutub. Birinci davalarında Aysun ailəsini tutdu, dedi, Eşqinə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini çağırdım, başa saldım, danışdım”.