Aşıq Namiq:“Elə açıqlama verəcəm ki, oğru aləmi bir-birinə dəyəcək” – Rusiyadan 50 zəng...

Aşıq Namiq Fərhadoğlu qanuni oğru Rufo Gəncinski ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Bu barədə “Sherg.az”a açıqlama verən ifaçı deyib ki, Rufonun onu qorxutduğu üçün mərhum Tünzalə Əliyevaya (Toppuş bacı) 10 min dollar pul verməsinə dair iddia yalandır:
“Yalan söhbətdir. Qarşı tərəfin adamları yalandan yayıblar. Xoşqədəmin və Elgizin verilişində karantindən əvvəl 800-1000 manat yardım etmişəm. Amma milyonçu deyiləm ki, kiməsə 10 min manat yardım edim. Mən pulu verəndə Rufu qardaşın adamı ilə Tünzalə xanımın həyat yoldaşı danışdı. Təşəkkür etdilər. Mən vasitəçi olmuşam. O vaxt TikTok-da “Gədəbəydə nə vəziyyət var” mövzusu var idi. Onda bunun açıqlamasını vermişdim ki, söhbətiniz varsa, aranızda edin. Bunu da paylaşmışdım. Rufunun yanındakı Gədəbəy uşaqları mənə zəng etmişdi ki, o, səni demir, başqa Namiqdir. O da bilirsiz ki, kimin qardaşıdır. Sonra baxdım ki, TikTok-da Pərvin Abıyeva ilə Tünzalə xanım canlı yayımdadır. Mən də jeton atırdım, çünki salamımız olub. Bir də gördüm ki, Pərvinə zəng gəldi ki, Rufo Gəncinski 10 min dollar göndərib. Bu ərəfədə də canlı yayım açırdım, yazırdılar ki, Rufo sənə belə deyir. Mən də söylədim ki, o, başqa Namiqdir, onun mənlə nə işi. Mənə həmin vaxt zəng gəldi ki, sənlik iş yoxdur, başqa Namiqdən söhbət gedir, sənə hörməti var, salam deyir. İstəyirsən bir video paylaş. Mən də paylaşdım ki, Rufo böyük qardaşımızdır, Tünzalə xanıma da 10 min göndərəcək. Saytlardan biri zəng etdi, dedi ki, belə bir paylaşım etmisiniz, Tünzalə xanım söyləyir ki, pul göndərməyib. Mən də dedim ki, bu söhbət Pərvinin canlı yayımında olub. Sonra xəbərlər yayıldı ki, yalandır, pul göndərilməyib. 

Mənə sonra zəng etdilər ki, 10 min manat göndərəcəklər, onu Tünzalə xanıma çatdır. Ətrafımdakı insanlar mənə təkid etdilər ki, sən qarışma, sənət adamısan. Mən də dedim ki, özgənin pulunu özgəyə çatdırıram. Üç gün sonra mənə yenə zəng etdilər ki, pulu çatdıra bilərsizmi? Mən də pulu tanımadığım bir adamdan götürdüm, dedilər ki, biz sizə zəng edəcəyik. Sonra Rusiya nömrəsindən zəng gəldi, dedi, oradasınızmı. Dedim, bəli. Rufo danışmadı, yanındakı adamlar danışdı. Mən də iki dənə tort aldım, evinə getdim. Tünzalə xanım rəhmətə getdi, dəfnində iştirak etdik. Sonra verilişə çağırdılar, orada da dedim ki, Rusiyadan bir qardaş pul göndərdi. Bu söhbət olandan mənə sənət adamları zəng edirlər ki, doğrudan da belə olub? Yəni Rufo deyib, sən pul aparmısan?!”

Aşıq qeyd edir ki, ona Rusiyadan 50 oğru zəng edib:

“Deyirlər, bizlik deyil. Mən həmin adamlara axşama qədər vaxt vermişəm ki, videonu silməsələr, elə bir açıqlama verəcəyəm ki, bütün oğru aləmi bir-birinə dəyəcək. Bilirəm, nəyi nə etmək lazımdır. Kimlə danışıramsa, səsyazma edirəm ki, əlimdə fakt, sübut olsun. O danışan adamların da danışdıqlarını qeydə almışam. Mənə zəng edirlər ki, sənə hörmətimiz var, Rufo da, Rövşən Lənkəranskinin adamları da səni çox istəyir. Mən də dedim ki, aşıqdan avtoritet olmur. Yoxsa yalandan deyirlər ki, xox gəldiyi üçün edib. 

Mən xoxa gedəsi oğlan deyiləm. Pulum olanda yardım edirəm. “Toppuş bacı”ya, ya da başqa xəstələrə yardım etmiş ola bilərəm. O da on min yox.  Mən nazir deyiləm, karantindən sonra ayda bir toy olur, ya yox. Tələbələrdən ayda 500 manat pul qazanıram. Hüquq -müdafizə orqanlarımız var. Sənət adamıyam, bir video paylaşanda rezonans doğurur. Rusiyada bu aləm var, lakin mən Azərbaycanda yaşayıram. Orada olsam, onların sözünü eşidərəm, fikirləşərəm ki, evdən çıxanda güllələyirlər, lakin burda yox.  Həmin videonu çəkən adama də dedim. kim gündəmə gəlmək istəyirsə, Namiqlə gündəmə gəlir. Əvvəlki vaxtlarım olsa, cavablarını verərəm. Lakin indi istəmirəm ki, ağzımdan söyüş çıxsın. Namaz qılan, Hacı adamam. Pulum olsa, yardım edərəm. Yoxsa kimsə qorxutsun ki, səni öldürmədim, get on min ver. Hansı ölkədə yaşayırıq? Bizim qanunlarımız var”.