Ürəyindən əməliyyat olunan Arif Hacılı iş başına qayıdıb  - ÖZƏL

Bir müddət əvvəl açıq ürək əməliyyatı keçirən Müsavat Partiyasının başqanı Arif Hacılı iş başına qayıdıb.

Bu barədə “Sherg.az”a Partiyanın başqan müavini Gülağa Aslanlı açıqlama verib.

“Arif bəy bu gün partiyanın qərargahında iclası idarə edirdi. Sağlamlığı normaldır. Günü-gündən əməliyyatdan sonrakı dövrə uyğun olaraq özünü yaxşı hiss edir. Həm müalicəsini, həm işini davam etdirir”, - deyə, G. Aslanlı bildirib.