Koronavirusa birlikdə qalib gələk !

“Xalqımız Prezidentin çağırışına əsasən birlik və həmrəylik nümayiş etdirməlidir”


“Cənab Prezident İlham Əliyev daima xalqın yanında olduğunu dəfələrlə nümayiş etdirib”. 
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib. 
Gənc fəal bildirib ki, dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirir: 

“Cənab Prezidentin davranışı, addımları bütün dövlət qurumları və məmurlar üçün nümunə olmalıdır. Xüsusən koronavirus təhlükəsi ilə üzləşdiyimiz indiki dövrdə xalqımız Prezidentin çağırışına əsasən birlik və həmrəylik nümayiş etdirməlidir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları vəhdət halında fəaliyyət göstərməli, ayrıseçkilik yaratmamalıdırlar. Virusa birlikdə qalib gəlməliyik. Bir gənc olaraq dövlət başçısının çağırışını dəstəkləyir və insanlarımızı zəruri tələblərə əməl etməyə səsləyirəm. Mümkün qədər evdə oturaraq özümüzü qoruyaq”.