Bu ölkədə Teleqram qadağan edildi

Braziliya federal məhkəməsi Teleqram sosial media platformasına müvəqqəti qadağa qoyub.
Bakupost.az xəbər verir ki, bu haqda Braziliya Kəşfiyyat İdarəsi bəyanat yayıb.
Bəyanata görə, dörd Braziliya telekommunikasiya şirkətinə Teleqramı “Google”, “Apple” tətbiq marketləri və digər platformalarından silmək əmri verilib.

Buna Teleqram-ın mesajlaşma xidmətinin neonasist qruplarla bağlı məlumatı Braziliya polisi ilə bölüşməkdən imtina etməsi səbəb olub.

Teleqram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə, hər gün 198 min dollar cərimələnəcək.
Qeyd edək ki, ötən ilin noyabrında 16 yaşlı bir şəxs Arakruzda iki məktəbdə 4 nəfəri öldürüb, onlarla insanı yaralayıb. Polis bu hadisədən sonra onun Teleqram qruplarında yəhudilərə qarşı çıxışlar etdiyini öyrənib. Bundan sonra isə tətbiqdən məlumatların təqdim edilməsini tələb edib. Lakin Teleqram həmin məlumatları təqdim etməyib.