İran XİN: İran Dəməşqin xahişi ilə Suriyaya qoşun göndərə bilər

“İran Dəməşqin xahişi ilə Suriyaya qoşun göndərə bilər”.

Sherg.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində deyib.

XİN başçısı bildirib ki, Suriya böhranını müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.

Əraqçi vurğulayıb ki, Suriya İrana üsyançıların şimalda genişmiqyaslı hücumu ilə mübarizədə kömək etməsi üçün müraciət ünvanlayıb və bu, nəzarət altındadır:

“Əgər Əsəd rejimi bizdən Suriyaya qüvvələr göndərməyi xahiş edirsə, biz onların xahişini nəzərə alacağıq”.