Kobaxidze: ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi

ABŞ ilə kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Bizim çox böyük ümidlərimiz var ki, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələri yenidən başlada biləcəyik. Biz münasibətləri keyfiyyətcə bərpa etmək və real strateji tərəfdaşlıq haqqında danışmağa başlamaq istəyirik. İndiyə qədər bizim ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi. Yeni administrasiyanın cəmiyyətimizin dəyərlərinə zidd olan tələblər qoymayacağına əsaslı ümidimiz var”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ son etirazlarla əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.