Prezidentlər Füzulidə Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.