Bakıda qadın faciəvi şəkildə öldü


Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın xəbərinə görə, hadisə Yasamal rayonu M.Muxtarov küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 82 yaşlı Aliyə İsayeva evdə qaz sobası yandırarkən ağır yanıq xəsarətləri alıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.