Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı bir neçə nəfərin xəsarət aldıqları bildirilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.