Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib


Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Mahirə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 58 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.