İmişli-Biləsuvar yolunda qəza olub

İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunda baş verib. 
"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar İmişli xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.