Mikayıl Cabbarov Oliver Varhelyi ilə görüşüb - FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.

“Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə Avropa İttifaqının təklif etdiyi maliyyə alətləri, qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyalar və işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq”, - deyə paylaşımda bildirilib.