Prezident 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib.
Bu barədə Prezident.az məlumat yayıb.
Qanuna əsasən, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285 000 manat, xərclər 27 422 420 200 manat məbləğində olmaqla təsdiq edilib.
Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi barədə fərman da imzalayıb.