Azərbaycanda problemli kreditlər 28 faiz azalıb

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 661,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9 % azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,1 %, son 1 ildə isə 27,7 % azalıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 %, ötən il iyunun sonuna isə 6% olub.