Azərbaycan neftinin bu günə olan qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,08 ABŞ dolları və ya 0,96% azalaraq 111,24 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.