"Böhran tanrısı"ndan qorxulu PROQNOZ


2008-ci il qlobal maliyyə böhranını proqnozlaşdırdığı üçün "Böhran tanrısı" ləqəbi ilə tanınan məşhur iqtisadçı Nuriel Roubini bildirib ki, ciddi iqtisadi tənəzzül və maliyyə böhranı qapıdadır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Roubini ABŞ iqtisadiyyatının dərin iqtisadi tənəzzüllə üz-üzə qaldığını bilsirib.

Mümkün böhranın əvvəlkilərdən daha pis olacağını deyən məşhur iqtisadçı böhranın qısa və səthi olacağı fikrinin tamamilə xəyali olduğunu bildirib.

Roubini sözügedən tənəzzülün ən mühüm səbəblərini borc yüklərinin və faiz dərəcələrinin artması kimi göstərib.