İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib - RƏSMİ

İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Facebook səhifəsində məlumat yayıb:
“Layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb. Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib”.