Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirdi - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.
Bu barədə nazir “Facebook” səhifəsində məlumat verib.
“Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq”, - deyə o qeyd edib.