Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək


İstanbulda Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutacaq.

“Bir millət - iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunacaq.

Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.