Mədəniyyət Nazirliyi Aparatının strukturu təsdiqlənib


"Mədəniyyət Nazirliyinin Aparatının strukturu təsdiqlənib. Yenilənmələr var və məqsədi müasir çağırışlara cavab verən aparat strukturunun formalaşdırılmasıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.O bildirib ki, ilk dəfə olaraq Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi yaradılıb.