"Əlişir Nəvai - 580" adlı beynəlxalq elmi-konfransda alimimizin məruzəsi dinlənilib 

Özbəkistanın Nəvai şəhərində dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 580 illiyinə həsr olunmuş "Əlişir Nəvai - 580" beynəlxalq elmi-konfrans paytaxt Daşkənddə, “Nəvai teatrı”nda  davam edəcək. 

Bu barədə “Şherg.az”a hazırda elmi-konfransın işində iştirak edən filologiya üzrə elmlər doktoru, yazıçı-publisisit, Nəvai yaradıcılığının tədqiqatçısı Almaz Ülvi Binnətova məlumat verib.
 O, qeyd edib ki, Nəvai şəhərində 3 dəfə məruzə ilə çıxış edib: “Plenar iclasda Azərbaycan adından konfrans iştirakçılarını salamlayaraq "Azərbaycanda Nəvaişünaslıq məsələləri" mövzusunda çıxışımdan sonra  Nəvai haqqında yazdığım kitabları Nəvai vilayət hakiminə təqdim etdim, bölmə iclaslarında isə "Əlişir Nəvainin "Şeyx Sənan" qissəsi" və  "Əlişir Nəvainin “Oxatma haqqında risaləsi" mövzularında proqram çərçivəsində məruzəm dinlənildi”. 

A.Binnətova bildirib ki, elmi-konfransa türk dünyasının görkəmli alimləri iştiak edir, konfrans maraqlı məruzələr, elmi diskussiyalarla işini davam etdirir.