Rusiyanın ən zəngin qadını seçildi

Rusiyanın ən zəngin qadını Yelena Baturinadır.

Axar.az xəbər verir ki, bu məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, Moskvanın eks-meri Yuri Lujkovun həyat yoldaşı Baturinanın sərvəti 1,2 milyard dollar təşkil edib. Ondan sonrakı yerdə Tatyana Bakalçuk və Tatyana Kovalçuk qərarlaşıb.

“Forbes” ümumilikdə siyahıda yer alan zəngin qadınların sərvətinin rekord həcmdə - 9,9 milyard dollar artdığını bildirib.