Həkimlər ŞOKDA: Kişinin mədəsindən 40 bıçaq çıxdı

Adı mətbuata açıqlanmayan 42 yaşlı hindistanlı kişinin mədəsindən 40 bıçaq çıxarılıb.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, kişinin bıçaqlara qarşı xüsusi bir marağı olub.
Bıçaq gördüyündə dözə bilməyən kişi onları udurmuş. 42 yaşlı adam Hindistanın şimalındakı bir xəstəxanada mədə əməliyyatından sonra köhnə sağlamlığına qovuşub.
O, qarnından 40 bıçaq çıxarıldıqdan sonra çox kədərləndiyini, ailəsinin başını aşağı saldığını və həyatını xilas etdiyinə görə həkimlərə hər zaman minnətdar olacağını söyləyib.