Sirli şəhər - Dərinquyu

Dərinquyu tarixi Kappadokya bölgəsinin xüsusi yerlərindən biridir. Kilsələri, ictimai sahələri, həmçinin dünyanın ən qədim zehni xəstəxanasını əhatə edən Dərinquyu yerli və xarici turistlərin diqqət mərkəzindədir.
“Sherg.az” “Milliyet.com”a istinadən bu şəhər haqqında maraqlı olan məqamları diqqətə çatdırır.

1.Dərinquyunun antik dövrlərdə adı “Melogobia” oub. Tarixi iki min il əvvəl Hitit dövrünə gedən Dərinquyu Roma dövründə də əhəmiyyətli bir məskən hesab olunurdu.

2.İlk xristianların xüsusilə qorunmaq üçün yaşamağı üstün tutduqları Dərinquyu hazırda bu dinə inanan insanlar tərəfindən çox əhəmiyyətlidir.

3.Əsrarəngiz təbiəti olan Dərinquyuya yadplanetlilərin də baş çəkdiyi deyilir.

4.Tərk edilmiş və unudulmuş Dərinquyu 1963-cü ildə yenidən təsadüfən tapılıb.

5.Aparılan işlərdən sonra 1967-ci ildə turizmə gətirilən şəhərdə 2,5 kilometr dərinliyə enmə fürsəti var.