Bu canlılar 17 ildən sonra yer üzünə çıxırlar

Sonuncu dəfə 2004-cü ildə yer üzündə peyda olan "Brood X" tipli böcəklər çoxalmaq üçün ABŞ-ın təxminən 15 əyalətində meydana çıxıblar. Amerikalı entomoloqların fikrincə, dünyada təxminən 3000 növ böcək növü var. Lakin dünyada 13 və ya 17 ildən bir periodik olaraq yer üzünə çıxan yalnız 7 növ böcək mövcuddur.

“Sherg.az” “haberglobal.com”a istinadən xəbər verir ki, belə böcəklər ömrünün çox hissəsini yeraltında keçirir, bitki köklərindəki mayeləri əmərək qidalanırlar.

Entomoloqlar "Brood X" böcək növünün 17 il qış yuxusunda olmadığını, sadəcə yavaş böyüdüyünü söyləyirlər. Ümumiyyətlə, bu böcəklər sürü şəklində ortaya çıxır və digər canlılar tərəfindən yeyilməməsi üçün axşam saatlarında peyda olmağa üstünlük verirlər. Ağaclara və ya şaquli yerlərə dırmaşan qırmızı gözlü böcəklər yerdən çıxan kimi qabıqlarını tərk etməyə başlayırlar. Bəziləri qarışqa, quş, pişik və it kimi heyvanlara yem olur, ağacların zirvəsinə çata bilənlər isə çoxalır. Yer üzündə qaldıqları 4-6 həftə ərzində cütləşən bu böcəklər, yumurtalarını ağac budaqlarına qoyurlar.