Balinanın mədəsindən elə maddə çıxdı ki... - Balıqçılar varlandılar

Yəməndə bir qrup balıqçı Ədən Körfəzində tapdıqları balina cəsədindən milyonlar qazanıblar. Cəsəddən pis qpxu gəldiyini görən 35 nəfər balıqçı balinanın mədəsini yarmağa qərar veriblər.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, kiçik bir qayıqla cəsədi sahilə sürükləyən balıqçılar balinanı kəsdikdə onun mədəsindən 127 kiloqram “akamber” maddəsini tapıblar.
Balıqçıların dediyinə görə, bu maddədən pis qoxu gəlsə də, kifayət qədər qiymətlidir. “Akamber” maddəsi balinaların mədəsində olur və ətirlərin hazırlanmasında istifadə olunur. Balıqçılar tapdıqları 127 kiloqramlıq “akamber”i 1.5 milyon dollara satıblar.