Alimlər kəşf etdilər: Bu canlının dişləri dəmirdəndir - Foto

Alimlər “kiton” adlı bir varlığın dişlərinin dəmirdən olduğunu təyin ediblər.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, kitonların dişlərinin son dərəcə sərt olduğu bilinirdi, ancaq dəmir ehtiva etdiyi yeni bəlli olub.
Kiton sinfinə aid olan canlının daşları necə parçaladığı da araşdırılıb. Yemək axtaran kitonlar dişlərini qayalara sürtür və xüsusən də yosun yeyirlər.