İnanılmaz tapıntı: Dinozavrın sümükləri...

Avstraliyanın “Queensland” əyalətindəki elm adamları ilk parçası 2007-ci ildə tapılan dinozavr növünün bu günə qədər qitədə tapılan ən böyük dinozavr olduğunu açıqladı. Ötən günlərdə isə dinozavrın çanaq sümükləri tapıldı.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, dünyanın ən böyük 15 dinozavr növü arasında olduğu bildirilən bu dinozavr 92-96 milyon il əvvəl yaşayıb.
Sümük müayinələrindən boyu təxminən 30 metr, ağırlığının da 67 ton olduğu açıqlanıb.