Qazaxda rəsm kompozisiyası keçirilib - FOTOLAR

Qazaxda Molla Pənah Vaqif və Molla Vəli Vidadi muzeyində hər iki şairin portretlərindən ibarət rəsm kompazisiyası hazırlanıb.
Tədbir Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi və  təşkilatçılığı ilə keçirilib. Rəssam Aynura Mustafayevanın hazırladığı eskizlər əsasında Aynurə Mustafayeva və Akif Əmirov həmin rəsmi ərsəyə gətiriblər.  Qazax ictimaiyyəti rəsm əsərlərini yüksək qiymətləndiririb. Əl işləri hər kəsin marağına səbəb olub.