Alimlər şokda: 24 min il sonra həyata döndü - FOTO

Rus alimləri Sibirdə mikroskopik çoxhüceyrəli bir varlığın dondurulmuş torpaq qatında 24 min il sağ qaldığını kəşf ediblər.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, tapılan canlı orqanizm "Bdelloid rotifer" adlanır.
Nümunədə dondurulmuş çoxhüceyrəli orqanizmi araşdıran tədqiqatçılar varlığın həyat funksiyalarının davam etdiyini müəyyənləşdiriblər. Orqanizmin yaşını təyin etmək üçün qabaqcıl radio-karbon testləri edən tədqiqatçılar canlının 24 min yaşında olduğunu qeyd ediblər.