Bayden dostunu itirdi: "...Darıxacağıq” - FOTO

ABŞ prezidenti Co Baydenin “sevgi dolu dostu” olan iti “Champ” şənbə günü ölüb.
“Sherg.az” “Haberturk.com”a istinadən bildirir ki, Bayden və xanımı Cil Bayden itlərinin ölümündən çox sarsılıblar.
Cütlük “Champ” haqqında verdikləri açıqlamada bu sözləri deyib: “O, son 13 ildə bizim daimi, əziz dostumuz idi. Bütün Bayden ailəsi ona pərəstiş edirdi. Ən xoşbəxt anlarımızda və ağrılı günlərimizdə yanımızda idi. İfadə etmədiyimiz hər duyğuya qarşı həssas idi. Şirin və tərbiyəli övladımızı sevirik, həmişə onun üçün darıxacağıq”.