Zibillikdən sərvət çıxdı - FOTO


Almaniyanın Bavariya əyalətindəki zibil qabında 17-ci əsrə aid iki dəyərli rəsm əsəri tapılıb.
“Sherg.az” “Sabah.com”a istindən xəbər verir ki, Köln polisi açıqlamasında rəsmlərin orijinal olduğunu, hələ sahiblərinin tapılmadığını söyləyib.
Polislər tərəfindən aparılan araşdırma nəticəsində əsərlərin hollandiyalı və italiyan rəsamlara aid olduğu qənaətinə gəlinib. Qeyd edilib ki, tablolardan birinin müəllifi 1627-1678-ci illər arasında Hollandiyada yaşamış rəssam və yazıçı Samuel van Hoogstratenə məxsusdur. Rəsmdə qırmızı papaqlı bir oğlanın portreti var. Digərinin isə 1625-1700-cü illər arasında yaşamış italyan rəssam Pietro Bellottinin 1665-ci ildə çəkdiyi bir əsər olduğu bildirilir.