Uçan taksilər... - FOTOLAR

Almaniyanın “Volocopter” şirkəti helikopterə bənzər, lakin ölçüsü daha kiçik olan elektrikli avtomobili təqdim edib.
“Sherg.az” “Cnnturk.com”a istinadən xəbər verir ki, uçan taksilər 2024 il Paris Olimpiadasında istifadə ediləcək.
Helikopterə bənzər taksi üç dəqiqəlik ilk uçuşunu edib. Şirkətdən verilən açıqlamada deyilir ki, uçan taksilər saatda 30 kilometrə qədər sürət göstərə, 30 metr qalxa və 500 metr məsafəyə çata bilər. Taksinin tutumu isə 2 nəfərdir.
Şirkətin məlumatına görə, taksilər əvvəlcə pilot lisenziyası ilə idarə ediləcək, sonra isə tam avtomatik olacaq.