Nasa açıqladı: Aya iki maniken göndərəcək -SƏBƏB?+ Fotolar

ABŞ Milli Aviasiya və Kosmik İdarəsi olan NASA uzun müddətdir ki, Aya qayıtmaq üçün “Artemis” layihəsi üzərində işləyir.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, Aya səyahət gələn ilin noyabrında baş tutacaq.
Səyahətin qəhrəmanı cansız bir model olacaq. NASA məlumatları sensorlarla təchiz edilmiş və ən müasir kosmik manikenlə əldə etməyi planlaşdırır.
İngiliscə "Mannequin" (maniken) sözünə əsaslanan və müvəqqəti olaraq “Moonikin” (Ay manikeni) adlandırılan cansız modelə Helena və Zohar adlı iki maniken yoldaşlıq edəcək. NASA-nın verdiyi açıqlamaya görə, Helena və Zohar astronomların Orion kosmik gəmisində yaşaya biləcəyi radiasiyanı ölçəcəklər.