İnsanları ölümə aparan ən təhlükəli musiqi aləti:  Qlas Harmonika !


 Benjamin Franklin 1761 -ci ildə Londonda bir konsertə qatılır və çalınan musiqi alətinin səsinə heyran qalır. "Sherg.az" xarici  mediaya istinadən xəbər verir ki, Şüşə butulkalardan hazırlanan bu musiqi aləti və səsi ilə bütün konsert salonunu heyran edən Benjamin Franklin “şüşə harmonikası” adlı bir alət icad edir. 

Qeyd edək ki, italyan dilində "harmonika" iki və daha çox səsin ahəngini eyni anda qulağa xoş gələn bir şəkildə ifadə etmək üçün istifadə olunur.

Ancaq barmaqları islatmaq və ya nəmləndirməklə çalınan bu alət zamanla insanları öldürməyə başlayıb. Çünki şüşə harmonikanın səsi 1000-4000 hers aralığındadır.  4000 hers altındakı səslər sağ və sol qulaqlar arasında üçbucaq nöqtəsi tapa bilmədiyi üçün faza fərqləri yaranır və bu eşitmə problemlərinə səbəb olur. Franklinin həyat yoldaşı şüşə harmonikasının səsini "mələklərin musiqisi" adlandırıb.  

Bundan əlavə, Motsart, Hassa, Bax, Bethoven, Donizetti, Strauss və bir çox digər bəstəkarlar harmonika üçün bəstələr yazıblar. Bethovenin ölümünün səbəbi kimi harmonikanı göstərənlər də var. Bu alətin şüşədəki notlarını boyamaq üçün qurğuşun boyasından istifadə edildiyi və Bethovenin qurğuşun zəhərlənməsindən öldüyü deyilir.Tənqidçilər bu alətdə çalan insanların başgicəllənmə,  iflic kimi problemlərlə üzləşdiyini söyləyib.1799 -cu ildə isə həkim Antoni Villiç bu alətin qadağan edilməsinin vacib olduğunu bildirib. Bu aləti harmonika virtuozu Marian  Kirxgessnerin ölümünün günahkarı kimi göstərənlər də çoxdur.  Hətta bəzi psixiatrlar harmonikanın səsinin tamaşaçıları intihara sürüklədiyini  iddia edirlər.