Virusu dərhal öldürür

Yeni hazırlanan dərman korona xəstələrinə ümid oldu


Türkiyəli həkim, professor İsmail Balık koronavirusa qarşı ABŞ-da hazırlanan Faz-3 dərmanının araşdırmalarına başladıqlarını söyləyib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  professor bu dərmanın xüsusilə yüksək risk qrupunda olan xəstələrə veriləcəyini deyib. Həmçinin bildirib ki, bu dərman koronavirusdan ölüm riskini azaltma xüsusiyyətinə malikdir: "Sentyabrın 1-dən etibarən ABŞ-da koronavirusa qarşı hazırlanmış Faz-3 adlı dərmanın araşdırmalarına başladıq.

Qeyd edim ki, bu birbaşa antiviral bir dərmandır. Bir müddət öncə Faz-1 və Faz-2-nin tədqiqatları ABŞ-da aparılıb. Onların çox təsirli olduğu göründüyü üçün Faz-3-ün  tədqiqatlarını aparmaq qərarına gəldik.

Bu dərman "Covid-19" əleyhinə ən yaxşı inkişaf etdirilmiş dərmanlardan biri olaraq görülür. Faz-3 tədqiqatda olduğu üçün hazırda bu dərmanın bazar adı verilmir.

Onun araşdırması aparıldıqdan sonra ona lisenziya veriləcək  və adı bəlli olacaq. Virusu birbaşa öldürən bu dərman həyati orqanlarda ağır infeksiyaların qarşısını almaq xüsusiyyətinə malikdir. Təəssüf ki, bu günə qədər koronavirusu birbaşa öldürən heç bir dərman tapılmayıb. Hazırda koronavirusa qarşı iki dərman istifadə olunur, lakin onlar da digər xəstəliklər üçün hazırlanıb. Ancaq bu dərman "Covid-19"-un törədicisi olan Sars-Cov-2 üçün hazırlanıb. Və birbaşa olaraq  koronavirusu hədəf alan və öldürən bir dərmandır. Buna görə də digərlərinə nisbətən effektivliyi yüksək səviyyədədir. Bu dərmanı ilkin mərhələdə, xüsusən də heç vaxt peyvənd edilməmiş və xəstələnmə riski yüksək olan insanlara istifadə edəcəyik. Ancaq maraqlı bir şeylə qarşılaşdıq. Səhərdən etibarən bura gələrək testləri pozitiv olan bir çox xəstəyə təklif etsək də, onlar könüllü olmaqdan çəkiniblər. Açığı, bu da bizi çox təəccübləndirdi”.