Şok olay: Kişinin ürəyindən sement çıxdı - FOTO

ABŞ -da baş verən hadisə eşidənləri şoka salıb. Sinə ağrısı və nəfəs darlığı ilə xəstəxanaya gedən kişinin ürəyində sement tapılıb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, ürəyində sementlə yaşayan adamın bir müddət əvvəl onurğa sümüyünün bir hissəsinin çökməsi səbəbindən əməliyyat olunduğu ortaya çıxıb.
Əməliyyat zamanı həkimlər sümüyün hündürlüyünü bərpa etmək və çökməməsi üçün onurğaya xüsusi bir sement növü vurublar. 

Mütəxəssislər kişinin bədəninə vurulan sementin sümükdən damarlara sızdığını və xəstənin ürəyinə çatdığını müəyyən ediblər. 

Xəstəni təcili əməliyyat edən həkimlər ürəyin sağ üst kamerasını bağlayan və sağ ağciyərini deşən nazik və iti bir sement parçasını götürüblər. 

Kişinin ürəyindəki problemin düzəldildiyini bildirən həkimlər, xəstənin bu əməliyyat səbəbiylə heç bir problem yaşamadığını və bir ay sonra demək olar ki, tamamilə sağalacağını qeyd ediblər.