Dünyada koronavirusa yoluxanların sayı 238 milyonu keçdi


Dünyada 238 004 527 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 857 470 xəstə ölüb, 215 148 971 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (45 135 620 nəfər), Hindistan (33 935 309 nəfər), Braziliya (21 550 730 nəfər), Böyük Britaniya (8 081 300 nəfər) və Rusiyadır (7 717 356 nəfər).

Türkiyədə 7 387 537, İranda 5 683 980, Gürcüstanda 628 719, Ermənistanda isə 269 874 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (214 485 nəfər), İran (122 197 nəfər) və Türkiyədə (65 778 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 490 130 nəfərin 6 638-i ölüb, 470 861 xəstə sağalıb.