Bu gün peyvənd olunanların sayı açıqlandı 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 890 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 085 493 təşkil edir.